- 13:12
Türkiyənin Kayseri şəhərində FETÖ-yə üzvlükdə təqsirli bilinərək barəsində 6 il 3 ay həbs cəzası çıxarılmış və axtarışda olan keçmiş polis əməkdaşı saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində, 55 yaşlı keçmiş polis gizləndiyi ünvanda tutulub.
Saxlanılan şəxs hüquqi prosedurlar tamamlandıqdan sonra cəzaçəkmə müəssisəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə