Kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşdı: 23 nəfər yaralandı


  • 13 Avqust 11:14

Türkiyənin Adıyaman şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsində 23 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Qəza zamanı nəqliyyat vasitəsində olan 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım qrupları tərəfindən yaralılar nəqliyyat vasitəsindən çıxarılıb və ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər