- 13:12
Türkiyənin Şanlıurfa şəhərində havanın temperaturu 53 dərəcəyə yüksəlib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin bir çox bölgəsində təsirini göstərən güclü istilər Şanlıurfada da həyat şəraitinə mənfi təsir göstərməkdə davam edir. Termometrlərin 53 dərəcəni göstərdiyi şəhərdə insanlar yaşıllıqların altında, ağac kölgələrində və fəvvarələrin yanında dincəlməyə üstünlük verirlər.
İstilər səbəbindən şəhərin adətən sıx olan küçə və meydanlarında səssizlik və insan sıxlığında azalma qeydə alınıb.
Yandırıcı istilər səbəbindən küçə və prospektlər demək olar ki, boşalıb, sakinlər isə sərinlənmək üçün kölgəliklərə və su mənbələrinin yanına üz tutublar.
Meteoroloji qurumlar isə vətəndaşlara günün isti saatlarında açıq havada uzun müddət qalmaqdan çəkinməyi tövsiyə edir.
Şəbnəm Mehdizadə