Cənubi Koreyanın sabiq birinci xanımı həbs edildi


  • 13 Avqust 11:28

Seul məhkəməsi çərşənbə axşamı sabiq Cənubi Koreyanın birinci xanımı Kim Kon Xinin həbsi üçün order verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kim Kon Xin rüşvət alma, dələduzluq və qanunsuz təsir göstərmə maddələri ilə ittiham olunur. O, barəsində irəli sürülən ittihamları rədd edərək, özünü günahsız hesab edib.

İstintaqın iddiasına görə, sabiq birinci xanım müxtəlif iş adamlarından, dini liderlərdən və siyasi əlaqələri olan şəxslərdən bahalı hədiyyələr qəbul edib. Hədiyyələr arasında 43 min dollar dəyərində "Van Cleef" asması iki ədəd "Chanel" markasına aid çanta və brilyant boyunbağı yer alır. Bildirilib ki, bu hədiyyələr qarşılığında həmin şəxslərin maraqlarına uyğun qərarlar verilib.

Prokurorluğun açıqlamasına əsasən, "Van Cleef" asması 2022-ci ildə NATO sammitində taxılması üçün bir tikinti şirkəti tərəfindən təqdim olunub, lakin bu, qanunvericiliyin tələb etdiyi maliyyə hesabatlarında bəyan edilməyib.

Müdafiə tərəfi isə iddia edir ki, həmin zinət əşyası 20 il əvvəl Honq-Konqda alınıb və orijinal deyil, yəni saxtadır.

Qeyd edək ki, Kim Kon Xin Cənubi Koreya tarixində cinayət ittihamı ilə həbs olunan ilk sabiq birinci xanım olub.

O, bu ilin aprel ayında həyat yoldaşı - sabiq prezident Yun Sok Yol vəzifədən uzaqlaşdırıldıqdan sonra həbs edilmişdi.

Humay Eminqızı

Oxşar xəbərlər