- 13:12
İranda havaların kəskin şəkildə istiləşməsi və artan enerji sərfiyyatını tənzimləmək məqsədilə 13 avqust Çərşənbə günü ölkənin 18 əyalətində dövlət qurumlarının fəaliyyəti dayandırılıb.
E-huquq.az "Entekhab" xəbər portalına istinadən xəbər verir ki, bu qərar rekord səviyyədə artan enerji tələbatını azaltmaq və enerji şəbəkəsində tarazlığı qorumaq məqsədilə verilib.
Tətillə əlaqədar olaraq Yezd, Cənubi Xorasan, Xuzistan, Mazandaran, Simnan, Qum, Kürdüstan, Hörmüzqan, Kirmanşah, Əlborz, Mərkəzi, Gülüstan, Qəzvin, Kirman, Şimali Xorasan, Rəzəvi Xorasan, Zəncan və Həmədan əyalətlərində dövlət qurumları bağlı olacaq.
İranda havaların qızması ilə əlaqədar enerjiyə qənaət tədbirləri gücləndirilib. Paytaxt Tehran da daxil olmaqla bir çox bölgədə gündəlik 2 saat elektrik enejisinin verilməsində fasilə tətbiq olunur.
Xüsusilə kondisionerlərin geniş istifadə olunduğu bu dövrlərdə enerji tələbatı yüksək həddə çatıb.
Rəsmilər əhalini enerjidən səmərəli istifadə etməyə çağıraraq, ictimaiyyətə tez-tez xəbərdarlıqlar edirlər.
Şəbnəm Mehdizadə