Texasda silahlı hücumda ölənlərin sayı 3-ə çatdı


  • 13 Avqust 11:59

ABŞ-ın Texas ştatının Austin şəhərində baş verən silahlı hücum nəticəsində həyatını itirənlərin sayı 3-ə yüksəlib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün bir marketin qarşısında baş verib. Belə ki, 32 yaşlı Ethan Nieneker adlı şəxs əvvəlcə marketin qarşısında alış-veriş arabalarını toplayan bir işçini, daha sonra isə bir kişini və onun 4 yaşlı nəvəsini güllələyərək öldürüb. Daha sonra isə həmin şəxsin avtomobilini oğurlayaraq hadisə yerindən qaçıb.

Polis hücum zamanı Nienekerin iki fərqli avtomobil oğurladığını və sonda elektroşok cihazı ilə zərərsizləşdirilərək saxlandığını açıqlayıb.

Bölgə polis rəsmisi Lisa Davis hücum edən şəxsin psixi problemləri olduğunu, ətrafa təsadüfi atəş açdığını və bunun məqsədli bir hücum olduğunu bildirib.

Hadisənin baş verdiyi marketin dayanacaq sahəsində çəkilən və sosial mediada yayımlanan görüntülərdə çox sayda polis və təcili yardım qruplarının ərazidə təhlükəsizlik tədbirləri gördüyü müşahidə olunub.

Hadisə ilə bağlı istintaq davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər