- 13:12
ABŞ-ın Texas ştatında təhlükəli maddə daşıdığı ehtimal edilən yük qatarının təxminən 35 vaqonu relsdən çıxıb.
E-huquq.az "ABC News"a istinadən xəbər verir ki, hadisə Palo Pinto bölgəsində baş verib.
Qəza nəticəsində kiçikmiqyaslı yanğın baş verib və yanğınsöndürənlər alova müdaxilə edərək vəziyyəti nəzarətə alıblar.
Rəsmilər hadisə zamanı ölən və ya xəsarət alanın olmadığını açıqlayıb.
Hazırkı mərhələdə vaqonlardan heç bir sızma qeydə alınmayıb
Qəzanın dəqiq səbəbi ilə bağlı araşdırmalara başlanılıb.
Hadisə bölgəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Şəbnəm Mehdizadə