Suriyalı iki nazir Türkiyəyə gəlir


  • 13 Avqust 12:12

Suriya ilə diplomatik təmaslar çərçivəsində Suriyanın xarici işlər və nüdafiə nazirləri 13 avqust 2025-ci il tarixində Türkiyəyə səfər edəcəklər.

E-huquq.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Suriya xarici işlər naziri Əsəd Həsən Şeybaninin bu gün Türkiyəyə rəsmi səfər edəcəyi bildirilib. Türkiyə XİN başçısı Hakan Fidan suriyalı həmkarı ilə görüşəcək.

Bununla paralel olaraq, milli müdafiə naziri Yaşar Gülər Suriya müdafiə naziri Murhef Əbu Kasra ilə bir araya gələcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş bu gün media üçün qapalı şəkildə Milli Müdafiə Nazirliyinin binasında baş tutacaq.

Tərəflərin görüşlər zamanı regional təhlükəsizlik məsələlərini geniş şəkildə müzakirə etməsi və terrorla mübarizə sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirməsi gözlənilir.

Bu yüksək səviyyəli səfər iki ölkə arasında son illərdə bərpa olunmağa başlayan əlaqələr baxımından önəmli diplomatik addım kimi qiymətləndirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər