- 13:12
Türkiyənin əhalisi 1 iyul 2025 tarixinə olan rəsmi məlumatlara görə 85 milyon 824 min 854 nəfərə çatıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, əhalinin 50,01%-ni kişilər, 49,99%-ni isə qadınlar təşkil edir.
Türkiyə Statistika Təşkilatı (TÜİK) ilk dəfə olaraq üç aylıq dövrlər üzrə hazırladığı dövrü əhali statistikalarını yayımlayıb. Rəqəmlərə görə, 2024-cü ilin sonunda 85 milyon 664 min 944 nəfər olan əhali sayı, bu ilin ilk 6 ayında 159 min 910 nəfər artaraq 1 iyul 2025 tarixində 85 milyon 824 min 854 nəfərə yüksəlib.
TÜİK-in təqdim etdiyi rəqəmlərdə diqqət çəkən məqamlardan biri də yaş artdıqca cinsiyyət bölgüsündəki dəyişikliklərdir. Ölkə əhalisi ümumilikdə kişilər və qadınlar arasında demək olar ki, bərabər bölgünsə də, yaşlı əhali arasında qadınların sayı kişilərdən xeyli çoxdur.
Xüsusilə 90 yaş və üzəri yaş qrupunda bu fərq daha da nəzərə çarpır. Kişilər 76 min 841, qadınlar isə 174 min 340 nəfərdir.
Bu göstərici qadınların orta ömür uzunluğunun kişilərdən daha yüksək olduğunu bir daha sübut edir.
Şəbnəm Mehdizadə