Türkiyədə meşə yanğınını söndürməyə gedənlər qəzaya düşdü, ölən və yaralılar var


  • 13 Avqust 12:38

Türkiyənin Osmaniyə vilayətində meşə yanğınını söndürməyə gedən yanğınsöndürmə maşını qəzaya uğrayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində maşın aşıb.

Hadisə nəticəsində yanğınsöndürmə maşınında olan işçilərdən biri həlak olub, dördü isə yaralanıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım və jandarma qüvvələri göndərilib.

Yaralılar Osmaniye Dövlət Xəstəxanasına çatdırılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər