- 13:12
Türkiyənin Balıkesir şəhərinin Sındırgı rayonunda 10 avqust saat 19:53-də baş verən 6,1 bal gücündəki zəlzələdən sonra bölgədə 1235 afterşok qeydə alınıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələdən sonra yeraltı təkanların davam etdiyini və bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
Zəlzələdən sonra 4 və daha güclü olan afterşokların sayı isə 19 olaraq qeydə alınıb.
Hazırda bölgədəki vəziyyət AFAD və digər aidiyyəti qurumlar tərəfindən yaxından izlənir. Vətəndaşlara rəsmi qurumların xəbərdarlıqlarına riayət etmələri tövsiyə olunur.
Şəbnəm Mehdizadə