İran XİN: "ABŞ sanksiyaları insanlığa qarşı cinayət kimi tanınmalıdır"


  • 13 Avqust 12:50

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın aşağı gəlirli ölkələrə qarşı tətbiq etdiyi sanksiyaların insanlığa qarşı cinayət kimi tanınmasına çağırıb.

E-huquq.az xəbər verir ki, nazir bu fikrini "The Lancet" jurnalında dərc olunan elmi araşdırmanın nəticələrinə əsasən səsləndirib.

Araşdırmaya görə, ABŞ və Avropa ölkələrinin tətbiq etdiyi iqtisadi sanksiyalar 1971–2021-ci illər ərzində aşağı gəlirli ölkələrin səhiyyə sistemlərinə ciddi zərər vurub və hər il 560 mindən çox insanın vaxtından əvvəl ölümünə səbəb olub. Bu rəqəm həmin dövrdə hərbi münaqişələrdə qeydə alınan illik ölüm göstəricisindən 5 dəfə yüksəkdir.

Tədqiqatda dünyanın 152 ölkəsinə qarşı sanksiya halları təhlil olunub. Mütəxəssislər qeyd edirlər ki, Avropa və ABŞ-ın tətbiq etdiyi sanksiyalar BMT tərəfindən qəbul edilən məhdudiyyətlərlə müqayisədə adi vətəndaşlara daha ağır təsir göstərib.

Humay Eminqızı

Oxşar xəbərlər