İnterpolun axtarışa verdiyi şəxs saxlanıldı


  • 13 Avqust 13:00

İnterpol tərəfindən qırmızı bültenlə axtarışda olan şəxs Türkiyənin Mersin şəhərində keçirilən əməliyyat nəticəsində ələ keçirilib.

E-huquq.az Türkiyə mətbutaına istinadən xəbər verir ki, dələduzluqda şübhəli bilinən şəxsin Antalyadan Mersinə daxil olacağına dair əldə edilən kəşfiyyat məlumatı əsasında qruplar hərəkətə keçib.

Silifke rayonunda şübhəlinin olduğu avtomobili saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər