Hatayda meşə yanğını: İki kənd təxliyə edildi


  • 14 Avqust 11:24

Türkiyənin Hatay vilayətinin Hassa rayonunda meşə ərazisində yanğın baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə barədə məlumat alan aidiyyəti qurumlar dərhal əraziyə cəlb olunub.

Alovların sürətlə yayılması səbəbindən təhlükə altına düşən Yukarıbucak və Bademli kəndləri təxliyə olunub.

Hazırda yanğının nəzarət altına alınması istiqamətində işlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər