İsveçrədə ilin ən isti günü qeydə alınıb


  • 14 Avqust 11:52

İsveçrə Federal Meteorologiya və Klimatologiya İdarəsi (MeteoSwiss) bu il ölkə ərazisində indiyədək qeydə alınan ən isti günün yaşandığını açıqlayıb.

E-huquq.az xəbər verir ki, "MeteoSwiss"in verdiyi məlumata görə, bəzi bölgələrdə havanın temperaturu 35 dərəcəni keçib. Məlumatda xüsusilə ölkənin qərb və mərkəzi hissələrinin güclü istilərdən təsirləndiyi və 13 avqustun rəsmi olaraq ilin ən isti günü kimi qeydə alındığı vurğulanıb.

İsveçrə hökuməti isə artıq həftənin əvvəlində vətəndaşları yüksək temperatur dalğası ilə bağlı xəbərdar etmişdi. Ölkənin böyük bir hissəsində müşahidə olunan isti hava şəraiti ilə əlaqədar əhaliyə ehtiyatlı olmaq və günün isti saatlarında açıq havada qalmaqdan çəkinmək tövsiyə olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər