- 14 Avqust 22:47
ABŞ-nin Tennessi ştatında davam edən güclü yağışlar və daşqınlar ciddi fəsadlara yol açıb.
E-huquq.az xarici mətbuata istinadla xəbər verir ki, Hamilton bölgəsinin Fövqəladə Hallar İdarəsinin nümayəndəsi Emi Maksvellin sözlərinə görə, Çattanuka şəhərində yağan güclü yağışlar zamanı bir avtomobilin üzərinə ağac aşıb. Hadisə nəticəsində maşında olan üç nəfər, o cümlədən bir azyaşlı, dünyasını dəyişib.
Maksvell həmçinin bildirib ki, bölgədə dəymiş ümumi zərərin dəqiq həcmi hələlik müəyyən edilməyib. Lakin yaxın saatlarda aidiyyəti qurumlar əraziyə baxış keçirərək qiymətləndirmə aparacaq.
Qeyd edək ki, baş verən təbii fəlakət səbəbindən bölgədə fövqəladə vəziyyət elan olunub. Hakimiyyət orqanları sakinlərə ehtiyatlı olmağı və təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir.
Şəbnəm Mehdizadə