Ukraynaya təhlükəsizlik zəmanəti - Tramp şərtləri açıqladı


  • 14 Avqust 12:56

ABŞ müəyyən şərtlər daxilində Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp çərşənbə günü Avropa və Ukrayna liderlərinə virtual görüş zamanı deyib.

Bildirilib ki, ABŞ atəşkəs əldə olunarsa, Kiyevi Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün vasitələrlə təmin etməkdə rol oynamağa hazırdır.

Tramp bildirib ki, səylər NATO çərçivəsində həyata keçirilməsə, belə bir öhdəlik götürəcək.

Qeyd edək ki, Tramp təhlükəsizlik zəmanətləri dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Humay Eminqızı

Oxşar xəbərlər