- 14 Avqust 22:47
Almaniya NATO-nun Ukraynaya yeni dəstək proqramına yardım edəcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Almaniya "Ukraynanın prioritet ehtiyaclarının siyahısı" (PURL) çərçivəsində digər müttəfiqləri ilə birlikdə ümumi məbləği 500 milyon dollara qədər olan ilk hərtərəfli hərbi yardım paketlərindən birini maliyyələşdirməyə hazırdır.
Almaniyanın bu təşəbbüsə qoşulmasının Ukraynaya dəstəyini xeyli gücləndirdiyi vurğulanıb.
Humay Eminqızı