- 14 Avqust 22:47
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçiriləcək danışıqların proqramı tamamlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Danışıqlar avqustun 15-də yerli vaxtla saat 11:30-da Vladimir Putinlə Donald Trampın söhbəti ilə başlayır.
Bu söhbət təkbətək formatda, tərcüməçilərin iştirakı ilə aparılacaq.
Daha sonra onlar nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq.
Danışıqlarda iştirak edəcək nümayəndə heyətlərinin tərkibi müəyyən olunub. Rusiya tərəfini Uşakovun özü ilə yanaşı, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, həmçinin Rusiyanın xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev təmsil edəcək.
Danışıqların əsas mövzusu Ukrayna böhranının həlli olacaq, lakin digər mövzulara da toxunulacaq. Liderlər iqtisadi sahədə ikitərəfli əməkdaşlığı da müzakirə edəcəklər.
Humay Eminqızı