Qəzzada ölənlərin sayı 61 776 nəfərə çatdı


  • 14 Avqust 14:28

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 54 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda son 24 saatda 831 nəfərin yaralandığı da bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 61 min 776 nəfərə, yaralı sayı isə 154 min 906 nəfərə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər