- 14 Avqust 22:47
Türkiyənin Eskişehir vilayətində tullantıların təkrar emalı müəssisəsində yanğın baş verib.
E-huquq.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində göyə qalxan sıx tüstü şəhərin müxtəlif nöqtələrindən müşahidə olunub.
Məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürən və polis qüvvələri cəlb edilib.
Alovlara yalnız qurudan deyil, havadan da müdaxilə edilir.
Yanğının söndürülməsi üçün helikopter də əməliyyata qoşulub.
Hazırda yanğının nəzarət altına alınması istiqamətində intensiv işlər aparılır.
Hadisənin səbəbi və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə