İtaliyada gəmi qəzasında 27 nəfər ölüb


  • 14 Avqust 16:44

İtaliyanın Lampedusa adası sahillərində miqrant gəmisinin qəzaya uğraması nəticəsində azı 27 nəfər həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Əvvəlcə 20 nəfərin öldüyü bildirilsə də, bu gün açıqlanan rəsmi məlumata əsasən, həyatını itirənlərin sayı 27-yə yüksəlib.

UNHCR Ali Komissarı Filippo Grandi 2025-ci ilin əvvəlindən bəri yalnız Orta Aralıq dənizində 700-dən çox miqrant və qaçqının həyatını itirdiyini qeyd edib. O, bu cür faciələrin qarşısını almaq üçün Aralıq dənizində axtarış-xilasetmə imkanlarının gücləndirilməli olduğunu vurğulayıb.

Bundan əlavə, miqrantların keçid marşrutları boyunca təhlükəsiz yolların təmin olunması, tranzit ölkələrə dəstəyin artırılması və miqrasiyanın əsas səbəblərinin aradan qaldırılmasına yönəlik tədbirlərin gücləndirilməsinin vacibliyi bir daha qeyd olunub.

Aralıq dənizində miqrant dramı davam edərkən, beynəlxalq təşkilatlar və insan haqları qurumları bölgədə daha güclü müdaxilə və humanitar həll yollarına çağırırlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər