Tramp: Rusiya Ukrayna ilə bağlı razılaşmaya hazırdır


  • 14 Avqust 19:06

Rusiya hər şeyə son qoymaq və Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir.

E-huquq.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Fox News" radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, nümayəndə heyəti hər şeyi tez bir zamanda başa çatdırmaq əzmindədir. Tramp müsahibə zamanı Rusiya tərəfinin razılaşma əldə etməkdə qərarlı olduğunu da bildirib.

"Putin bilir ki, mən onun indiyə qədər üzləşdiyi ən çətin düşmənəm", - Ağ Ev rəhbəri deyib.

Xatırladaq ki, Vladimir Putin və Donald Tramp ikitərəfli danışıqlar üçün avqustun 15-də Alyaskada görüşəcəklər. Liderlər Ukraynadakı münaqişənin həlli variantlarını müzakirə edəcəklər.

Oxşar xəbərlər