BMT Suriyada zorakılıqlara dair sübutlar aşkarladı


  • 14 Avqust 20:06

BMT-nin Suriya üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası ötən mart ayında sahil bölgəsində müharibə cinayətləri təşkil edə biləcək hərəkətlər də daxil olmaqla, geniş yayılmış zorakılıqlara dair sübutlar tapıb.

E-huquq.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, Komissiya Suriya hökumətini mənsubiyyətindən asılı olmayaraq bütün günahkarlar üçün cavabdehliyi təmin etməyə çağırıb.

Hesabatda mart ayında Sahil bölgəsində baş verən zorakılıqların öldürmələr, işgəncələr, geniş yayılmış talanlar və evlərin yandırılması, on minlərlə mülki vətəndaşın didərgin salınması olduğu qənaətinə gəlinib.

Oxşar xəbərlər