- 14 Avqust 22:47
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsini öz aralarında müzakirə edəcək, Kiyevin rəyi isə ikitərəfli təmaslar formatında deyil, gələcəkdə nəzərə alına bilər.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Hazırda söhbət Rusiya və Amerika Birləşmiş Ştatları arasında müzakirələrdən gedir. Ukrayna tərəfinin rəyi ilə bağlı sual sonrakı mərhələnin işidir", - Peskov qeyd edib.