- 8 Dekabr 23:43
"İsrailin Qəzza zolağında təhlükəsizliyini və qələbəsini təmin edəcək 5 əsas prinsip var".
E-huquq.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu açıqlama verib.
Onun sözlərinə görə, 5 prinsip bunlardır: 1. HƏMAS hərəkatının tam tərksilah edilməsi; 2. Bütün girovların geri qaytarılması; 3. Qəzza zolağının tam demilitarizasiyası; 4. İsrailin Qəzza zolağında təhlükəsizliyə nəzarət etməsi; 5. Qəzzada HƏMAS və Fələstin Administrasiyasının nəzarətində olmayan alternativ mülki idarəetmənin yaradılması.
Kabinet rəhbəri əlavə edib ki, İsrail bu prinsiplərin həyata keçirilməsi üzərində işləyir. O həmçinin bu prinsiplərin bir həftə əvvəl hökumət tərəfindən təsdiq edildiyini söyləyib.