Tramp: Rusiya atəşkəsə razılaşmasa, çox ağır nəticələrlə üzləşəcək


  • 14 Avqust 22:38

Rusiya Prezidenti Vladimir Putin atəşkəsə razılaşmasa, çox ağır nəticələrlə üzləşəcək.

E-huquq.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Rusiyaya qarşı yeni sanksiya və ya rüsumların tətbiq edilib-edilməyəcəyi ilə bağlı suala Tramp cavab verməkdən yayınıb.

"Mən bunu deməyə borclu deyiləm. Amma çox ağır nəticələr olacaq", - Ağ Ev rəhbəri əlavə edib.

Trampın sözlərinə görə, Ukraynanın müharibədəki vəziyyəti məhz onun sayəsində əhəmiyyətli dərəcədə yaxşılaşıb.

"Düşünürəm ki, siz mənimlə razılaşacaqsınız. Vəziyyət əhəmiyyətli dərəcədə sabitləşib. Amma onlar hələ də həftədə minlərlə əsgər itirirlər və biz bu problemi həll etməliyik. Baxın, biz heç bir əsgər itirmədik. Əgər mən müdaxilə etməsəydim, bu, Üçüncü Dünya müharibəsinə çevrilə bilərdi. Baydenin nə baş verdiyindən təsəvvürü belə yox idi", - Vaşinqton administrasiyasının rəhbəri qeyd edib" - Tramp söyləyib.

Oxşar xəbərlər