- 17:48
Türkiyənin Marmara bölgəsi və Şimali Egey bölgəsində güclü külək və fırtına gözlənilir. Bu səbəblə 13 vilayət üçün sarı xəbərdarlıq elan edilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, güclü külək və fırtına sabah gecə saatlarına qədər davam edəcək. Şimal və şimal-şərq istiqamətlərindən əsəcək küləyin sürətinin 40-60 km/saat, bəzi bölgələrdə isə 60-80 km/saat arasında olacağı bildirilib.
Balıkəsir, Bilecik, Bursa, Çanaqqala, Ədirnə, İstanbul, İzmir, Kırklareli, Kocaeli, Manisa, Sakarya, Tekirdağ və Yalovada fırtına gözlənilir.
Meteorologiya İdarəsi bu bölgələrdə yaşayan və ya səfər edən vətəndaşları ehtiyatlı olmağa çağırıb. Güclü külək səbəbilə nəqliyyatda gecikmələr, dam örtüklərinin uçması və ağacların aşması kimi hadisələr baş verə bilər.
Rəsmi qurumlar təhlükəsizlik tədbirlərinə riayət olunmasını və hava şəraitinə uyğun davranmağı tövsiyə edir.
Şəbnəm Mehdizadə