- 17:48
Rusiya prezidenti Vladimir Putin Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə iştirakını “qəhrəmanlıq” adlandırıb.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu Kreml rəhbərinin Şimali Koreya lideri Kim Çen İnə yazdığı məktubda qeyd olunur.
Bildirilir ki, məktub Koreyanın Yaponiya hökmranlığından azad edilməsinin ildönümünə həsr olunub. Putin xüsusilə o dövrdə Sovet və Şimali Koreya qoşunlarının birgə döyüşdüyünü xatırladıb.
“Müharibə illərində, illər əvvəl möhkəmlənmiş döyüş dostluğu, xoş niyyət və qarşılıqlı yardım bağları bu gün də möhkəm və etibarlı olaraq qalır. Bu, Koreya Xalq Demokratik Respublikasının əsgərlərinin Kursk vilayəti ərazisinin Ukrayna işğalçılarından azad edilməsində göstərdikləri qəhrəmanlıqla tam şəkildə sübut olundu”, - deyə Putin məktubunda bildirib.
Humay Eminqızı