Alyaskada Tramp-Putin görüşü öncəsi Ukraynaya dəstək mitinqi keçirilib


  • 13:25

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin bu gün görüşünün planlaşdırıldığı Alyaskanın Ankoric şəhərində Ukraynaya dəstək üçün yüzlərlə insan toplaşıb.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, etirazçılar Putinin gəlişindən əvvəl səhər saatlarında toplaşmağa başlayıb. Onlar Ukrayna tərəfdarı şüarlar səsləndirərək Rusiyadan qaçırılmış 20 min ukraynalı uşağın geri qaytarılmasını tələb ediblər.

Etirazçıları, həmçinin Trampın Putini 1867-ci ildə ABŞ-a satılana qədər əvvəllər Rusiya ərazisi olan Alyaskada görüşə dəvət etməsi qəzəbləndirib.

Qeyd edək ki, Trampla Putinin Alyaskada görüşü keçirildiyi gün Kiyevdə də “Ərazilərin mübadiləsinə yox – əsirlərin dəyişdirilməsini tələb edirik!” adlı etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları ABŞ səfirliyinin yaxınlığındakı Sikorski küçəsində toplaşıblar.

Humay Eminqızı

Oxşar xəbərlər