Pekində dünyanın ilk irimiqyaslı robot yarışları başladı


  • 14:13

Çinin paytaxtı Pekində dünyanın ilk irimiqyaslı robot yarışması olan "World Humanoid Robot Games" (WHRG) başlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, insanabənzər robot texnologiyasındakı irəliləyişləri praktik tətbiqlər vasitəsilə nümayiş etdirmək məqsədi daşıyan tədbirdə robotlar atletika, gimnastika, futbol və boks kimi idman növləri üzrə yarışıb.

Tədbirdə robotlar idman növləri ilə yanaşı, performans və ssenari sahələrində də bacarıqlarını nümayiş etdirəcəklər. Performans sahəsində solo və qrup rəqs nümayişləri, ssenari sahəsində isə materiallardan istifadə, təsnifat, tərtibat və təmizlik xidmətləri ilə bağlı tətbiqlər həyata keçiriləcək.

Oyunlar avqustun 17-nə kimi davam edəcək.

Humay Eminqızı

Oxşar xəbərlər