Balıkesirdə zəlzələ oldu


  • 14:18

Türkiyənin Balıkesir şəhərinin Sındırğı rayonunda yenidən zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla 12:06 radələrində qeydə alınıb.

4 maqnituda gücündə zəlzələnin dərinliyi 10.19 kilometr olub.

Zəlzələdən 1 saat 7 dəqiqə sonra – yerli vaxtla saat 13:13 radələrində eyni ərazidə 4,3 bal gücündə yeni təkanlar da meydana gəlib.

Humay Eminqızı

Oxşar xəbərlər