- 17:48
Türkiyədə gün ərzində 24 şəhərdə temperatur 40 dərəcədən yuxarı olub.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, günün ən isti nöqtəsi Osmaniyenin Sumbas rayonu olub, burada termometrlər 48,2 dərəcəni göstərib.
Sumbasdan sonra ən yüksək temperatur Adananın Kozan rayonunda 47,7, Hatayın Kırıkhan rayonunda isə 46,7 dərəcə olub.
Meteorologiya Baş İdarəsinin rəsmi internet səhifəsində yer alan məlumatlara əsasən, ölkə üzrə havalar bu həftə də mövsüm normallarından yuxarı olacaq.
Rəsmi qurumlar vətəndaşları günorta saatlarında açıq havada olmamağa, bol su qəbul etməyə və günvurma riskinə qarşı tədbirli olmağa çağırır.
Şəbnəm Mehdizadə