- 17:48
Son günlər Yunanıstanın fərqli bölgələrində baş verən meşə yanğınları səbəbindən təxminən 100 min hektar əraziyə ziyan dəyib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə daxilində küləklərin azalmasından sonra yanğınsöndürmə qrupları alovu nəzarət altına almaq üçün işlərini davam etdirir.
Ölkənin cənubundakı Patra liman şəhəri yaxınlığında baş verən yanğın genişmiqyaslı müdaxilə nəticəsində yaşayış məntəqələrindən kənarda nəzarət altına alınıb.
Yanğınları törətməkdə təqsirli bilinən 3 nəfər isə saxlanılıb.
Yanğın Patras Gömrük İdarəsinə aid obyektlərdə park edilmiş təxminən 550 avtomobili məhv edib.
“Meteo.gr” və “Afina Milli Rəsədxanasına bağlı Geodinamik İnstitut”un məlumatlarına görə, ölkə daxilində təxminən 100.000 hektar ərazi son meşə yanğınlarından zərər görüb.
Humay Eminqızı