Türkiyədə ağır yol qəzası: 3 ölü, 6 yaralı


  • 16:45

Türkiyənin Erzincan vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həyatını itirib.

E-huquq.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində baş verən qəzada 6 nəfər xəsarət alıb.

Qəza barədə məlumat alan kimi əraziyə jandarma, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralanan 6 nəfər təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükə olmadığı bildirilib.

Qəza səbəbilə müvəqqəti olaraq bağlanan yol, aidiyyəti orqanların işlərini başa vurmasından sonra yenidən nəqliyyatın hərəkətinə açılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər