- 17:48
İsveçin paytaxtı Stokholmun qərbində yerləşən Örebro şəhərində bir məscidin yaxınlığında silahlı insident baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Örebro Polis İdarəsinin rəsmi saytında verilən məlumata görə, yerli vaxtla saat 13:45-də məscidin yaxınlığından silah səsləri eşidilməsi barədə xəbər daxil olub. Hadisə yerinə polis əməkdaşları dərhal gəlib və yaralıların olduğu təsdiqlənib.
Polis vətəndaşlara hadisə yerindən uzaq durmaq barədə xəbərdarlıq edib. Hücumun səbəbi hələ məlum deyil, lakin məsələ ilə bağlı araşdırma aparılır.
İsveç dövlət televiziya kanalı SVT-nin verdiyi məlumata görə, polis sözçüsü Lars Hedelin insidentdə iki nəfərin yaralandığını təsdiqləyib.
Hadisə şahidi Mazen Muwaffak "Expressen" qəzetinə bildirib ki, məsciddən çıxan iki nəfərin vurulduğunu görüb: "Hücumu məscidə qarşı ediblər, yoxsa vurulan şəxslərə, dəqiq bilmirik. Polisin sürətlə hadisə yerinə gəlməsi bizi sevindirdi," - deyə o vurğulayıb.
Şəbnəm Mehdizadə