Bu ilin ilk 7 ayında İspaniyaya 20 258 qeyri-qanuni miqrant gəlib


  • 17:48

İspaniyanın qeyri-qanuni miqrantlarla mübarizəsi davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin ilk 7 ayında ölkəyə 653 qayıqla 18 657 qeyri-qanuni miqrant gəlib.

Buraya qeyri-qanuni miqrasiya ən çox dəniz yolu ilə həyata keçirilir.

İspaniyanın Kanarya adasına bu ilin ilk 7 ayında 191 qayıqla 11 575 qeyri-qanuni miqrant gəlib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,1 faiz azalma deməkdir.

Keçən ilin eyni dövrü ilə müqayisədə Balear adalarına dəniz yolu ilə qeyri-qanuni miqrantlar 97,4% daha çox gəlib.

Şimali Afrika sahillərindən yola düşərək Balear adalarına çatan qeyri-qanuni miqrantlardan 3482-si Əlcəzairli və Saharaaltı Afrika ölkələrindəndir.

Humay Eminqızı

Oxşar xəbərlər