- 22:45
Danimarkanın Tinglev və Kliplev qəsəbələri arasında hərəkətdə olan sərnişin qatarının relsdən çıxması nəticəsində çoxsaylı şəxsin xəsarət aldığı bildirilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb.
Yaralıların vəziyyəti və hadisə ilə bağlı əlavə məlumatlar yaxın saatlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, hadisə yerinə təcili tibbi yardım və xilasedici qüvvələr cəlb olunub.
Şəbnəm Mehdizadə