- 01:30
ABŞ Prezidenti Donald Tramp Ukraynada tezliklə atəşkəs əldə etmək istəyir.
E-huquq.az “Reuters”ə istinadən xəbər verir ki, Amerika lideri Rusiya Prezidenti Vladimir Putinlə görüşündə nəyin uğurlu olacağını bilmədiyini etiraf edib.
Tramp bildirib: "Heç nə əvvəlcədən müəyyən edilməyib. Bunu sizə deyə bilmərəm. Mən atəşkəs istəyirəm. Bu gün atəşkəslə bağlı razılıq olmasa, xoşbəxt olmayacam”.
Qeyd edək ki, bu gün Rusiya və ABŞ prezidentləri Alyaskada görüşəcəklər. Danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasıdır.