Tramp-Putin arasında ikitərəfli görüş başa çatdı - YENİLƏNDİ


  • 02:30

ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında ikitərəfli görüş başa çatıb.

E-huquq.az xəbər verir ki, toplantı üç saata yaxın davam edib.

Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib.

***

Danışıqlar bitdikdən sonra ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin mətbuat üçün açıqlama verəcəklər.

E-huquq.az xəbər verir ki, brifinq üçün hazırlıqlar başlayıb.

***

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa Ukraynanın formalaşmasının "süni mahiyyətini sübut edən" xəritələr və tarixi materiallar verib.

E-huquq.az xəbər verir ki, məlumatı "Reuters" yayıb.

***

ABŞ Prezidenti Donald Trampla və Rusiya Prezidenti Vladimir Putinin söhbəti bir saatdan çox davam edir.

E-huquq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hazırda danışıqlar "üçün üçə" formatında aparılır, lakin iki ölkə liderləri Alyaskaya gəldikdən sonra aerodromda söhbətə başlayıblar.

***

ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında "üçün üçə" formatında görüşü başlayıb.

E-huquq.az xəbər verir ki, toplanatı Alyanskanın Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasında keçirilir.

Bundan sonra tərəflər arasında geniş tərkibli görüş baş tutacaq.

Qeyd edək ki, ABŞ nümayəndə heyətində dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və başqaları var.

Rusiya nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və başqaları daxil olub.

Qeyd edək ki, Prezidentlər KİV-in suallarını cavablandırmaq istəməyiblər.

Oxşar xəbərlər