Tramp: Hələlik Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur


  • 08:40

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada görüşü çox yaxşı keçdiyi üçün hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə ehtiyac görmür.

E-huquq.az xəbər verir ki, D.Tramp “Fox News” telekanalına müsahibəsində Rusiya üçün mümkün nəticələrlə bağlı sualı cavablandırarkən belə deyib.

Amerika lideri bildirib: “Bu gün baş verənlərə görə, indi bu barədə düşünməyə ehtiyac görmürəm. Bilirsiniz, məncə, görüş çox yaxşı keçdi".

Eyni zamanda o, gələcəkdə sanksiyalar məsələsinin yenidən gündəmə gələ biləcəyini istisna etməyib. "Ola bilər ki, mən bu barədə iki və ya üç həftədən sonra düşünməli olacam, amma indi bu barədə düşünməyə ehtiyac yoxdur".

Oxşar xəbərlər