Məzmuna keç

Rusiya Xersona hücum etdi –

Ukraynanın Xerson vilayətində son sutkada Rusiya hücumları nəticəsində 3 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilir ki, hücumlar zamanı yaşayış binaları, sosial və kritik infrastruktur zərər görüb.

Qeyd edək ki, bir çox evlər, o cümlədən çoxmərtəbəli bina və 14 fərdi yaşayış evi dağıdılıb, təsərrüfat tikililəri də yararsız hala düşüb.