- 22:07
Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda yerləşən "Elastik" barıt zavodunun sexində baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə regional əməliyyat qərargahının mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan 130 nəfərdən 29-u xəstəxanaya yerləşdirilib.
Xəsarət alanların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, "Elastik" barıt zavodunun sexində partlayış ötən gün baş verib. İstintaq Komitəsi sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açıb. Müəssisənin yerləşdiyi Şilov rayonunda fövqəladə vəziyyət elan edilib.