Pakistanda təbii fəlakət nəticəsində ölənlərin sayı 350 nəfəri ötdü


  • 12:52

Pakistanın şimal bölgələrində davam edən sel nəticəsində Xayber-Paxtunxva əyalətində 328, Gilqit-Baltistanda 12, Azad Kəşmirdə isə 11 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə “Geo News” kanalı məlumat yayıb.

Sel Buner, Svat, Mansehra, Bajaur və Battaqram kimi bölgələrdə evlərə, iş yerlərinə və infrastruktur obyektlərinə ciddi ziyan vurub. Xayber-Paxtunxva əyalətində bir çox ərazi “təbii fəlakət zonası” elan edilib.

Ölkənin şimalında güclü yağışların avqustun 21-nə qədər davam edəcəyi proqnozlaşdırılır. Pakistanın Baş naziri Şahbaz Şərif Xayber-Paxtunxva əyalətinə dərman, qida və digər zəruri yardım materiallarının dərhal çatdırılması barədə göstəriş verib.

Oxşar xəbərlər