İstanbulda sərnişin avtobusu aşıb: 3 ölü, 20 yaralı


  • 12:22

Türkiyənin İstanbul şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tekirdağ istiqamətində hərəkət edən sərnişin avtobusu idarətetmədən çıxıb və yol kənarındakı dəmir maneələrə çırpılaraq aşıb.

Qəza nəticəsində 3 nəfər hadisə yerində həlak olub, 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən ətrafdakı xəstəxanalara yerləşdirilib.

Hadisə yerinə dərhal polis, təcili yardım və yanğınsöndürmə qrupları cəlb olunub. Avtobus ərazidən götürüldükdən sonra yolda hərəkət tam bərpa olunub.

İstanbul Valiliyinin açıqlamasında bildirilib ki, qəza bu gün səhər saat 06:15 radələrində qeydə alınıb. İlkin araşdırmalara görə, qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi olub.

Avtobusda ümumilikdə 35 sərnişin olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər