Ekvadorda bilyard salonuna silahlı hücum: 7 nəfər öldü


  • 12:26

Cənubi Amerika ölkəsi Ekvadorda bilyard salonuna silahlı hücum nəticəsində 7 nəfər həyatını itirib.

E-huquq.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Santo Domingo de los Tsachilas şəhərində baş verib. Qara maskalı şəxslər bilyard salonuna daxil olaraq avtomat silahlarla ətrafa atəş açıblar.

Hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Hücum nəticəsində 7 nəfər hadisə yerindəcə həyatını itirib.

Hazırda silahlı hücumda iştirak edən şəxslərin tutulması üçün genişmiqyaslı əməliyyat davam etdirilir.

Hücumun motivi və kimlər tərəfindən həyata keçirildiyi barədə araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər