Evin balkonu uçdu, 5 nəfər yaralandı


  • 12:29

Türkiyənin Diyarbakır vilayətinin Kayapınar rayonunda yerləşən Çölgüzeli kəndində iki mərtəbəli fərdi yaşayış evinin balkonu naməlum səbəbdən uçub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çökmə zamanı həm balkonun üzərində, həm də aşağı hissəsində olan şəxslər beton blokun altında qalıb.

Hadisə nəticəsində 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

Yerli sakinlərin də köməkliyi ilə dağıntılar altından 5 nəfər xilas edilərək təcili tibbi yardım maşınları ilə şəhər xəstəxanalarına aparılıb.

Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər