- 15:06
Türkiyənin Çanaqqala və Adana vilayətlərində baş verən meşə yanğınları böyük ölçüdə nəzarət altına alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı məlumat verib.
Nazir sosial şəbəkə hesabında yayımladığı açıqlamada qeyd edib ki, hər iki bölgədə yanğının qarşısı əsasən alınıb, hazırda soyutma işləri davam etdirilir.
"Yaşıl Vətənimizi qorumağa bütün gücümüzlə davam edəcəyik", - deyə o vurğulayıb.
Şəbnəm Mehdizadə