Krım körpüsündə terror aktının qarşısı alındı


  • 13:18

Rusiyada Federal Təhlükəsizlik Xidməti əməkdaşları Krım körpüsündə Ukrayna xüsusi xidmət orqanlarının hazırladığı terror aktının qarşısını alıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Krım körpüsündə terror üçün hazırlanmış içi partlayıcı qurğu ilə dolu avtomobil Rusiyaya bir neçə ölkədən tranzitlə Ukraynadan gəlib. Krasnodar diyarında avtomobil Krım körpüsünə çıxmaq üçün başqa sürücüyə verilməli idi.

Rusiyaya avtomobillərin gətirilməsi ilə məşğul olan şəxslər saxlanılıb.

Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Kiyevin hərəkətləri Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqları pozmağa yönəlib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu, 2025-ci ilin əvvəlindən bəri Ukrayna xüsusi xidmət orqanlarının körpüdə diversiya həyata keçirmək üçün partlayıcı ilə dolu avtomobildən istifadə etməyə ikinci cəhdidir.

Humay Eminqızı

Oxşar xəbərlər