- 15:06
Türkiyənin İzmir şəhərində 4 qeyri-qanuni miqrant dənizdə batıb.
E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Belə ki, İzmirin Karaburun rayonu sahillərində qeyri-qanuni miqrantları daşıyan rezin qayıqdan dənizə düşən insanlar köməksiz vəziyyətdə qalıblar.
Əraziyə Sahil Mühafizəsi Helikopteri, Pilotsuz Uçan Aparat, Sahil Mühafizə Gəmisi və 5 qayıq göndərilib.
Axtarış-xilasetmə işləri zamanı 2 qeyri-qanuni miqrant xilas edilib, 4 nəfərin cəsədi tapılıb. İtkin düşmüş hesab edilən miqrantlarla bağlı axtarışlar davam edir.
Humay Eminqızı